Şagirdlərin BMU-ya ekskursiyası təşkil edilib

Zirvə Liseyinin bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olub.

 

Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən bildirilib.

 

Şagirdlərə universitetin zəngin maddi-texniki bazası, tədris olunan, eyni zamanda bu il açılan yeni ixtisasları barədə zəruri informasiyalar təqdim edilib.

 

Sonra məktəblilər BMU-nun laboratoriyalarını gəziblər. Onlar Biologiya laboratoriyasında mikroskopda hüceyrənin əsas bölünmə üsulları: “mitoz” və “meyoz”u əks etdirən slaydları əyani şəkildə izləyiblər. Universitetin kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva  şagirdlərə laboratoriyanın iş prinsipi haqqında məlumat verib.

 

Ekskursiya şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.



10.06.2024 | 17:08