Paytaxt məktəblərində müəllimlərin orta aylıq əməkhaqqının məbləği açıqlanıb
2023-2024-cü tədris ilində paytaxt məktəblərində müəllimlərin orta aylıq əməkhaqqının məbləği açıqlanıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 985 manat təşkil edib.


11.06.2024 | 10:37