Sabahdan tədris digər dildə aparılan bölmə üzrə I siniflərin məktəb və müəllim seçimi başlayır
Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi 12 iyun 2024-cü il saat 11:00-da başlayacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcək.


11.06.2024 | 12:35