BDU tələbələrinin 14 layihəsi “TEKNOFEST-2024”ün yarımfinalına vəsiqə qazanıb
Bakı Dövlət Universitetinin (BDU) 10 komandası tərəfindən təqdim olunmuş 14 layihə festivalın yarımfinal mərhələsinə vəsiqə qazanıb.
 
BDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitet komandalarının layihələri “Ağıllı nəqliyyat texnologiyaları”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Tibbdə süni intellektin tətbiqi”, “Sosial yönümlü texnologiyalar” və “Turizm texnologiyaları” kateqoriyalarına aiddir.
 
Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” 2-6 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt kateqoriya üzrə yarışacaq.
 
Qeyd edək ki, yarımfinal mərhələsində komandalardan detallı hesabat sənədi hazırlamaları və layihənin onlayn təqdimatını etmələri tələb olunur. Bu mərhələni də uğurla keçən komandalar “TEKNOFEST-2024”ün final mərhələsinə vəsiqə qazanacaqlar.


11.06.2024 | 15:23