Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandalarına hazırlıq düşərgəsi təşkil edilib

25-30 iyun tarixlərində Türkiyə Respublikasında Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası və 10-22 iyul tarixlərində Böyük Britaniyada 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil ediləcək.

 

Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, komanda üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, təcrübələrinin möhkəmləndirilməsi və komanda daxili sosial-emosional mühitin yaxşılaşdırılması istiqamətində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 3-15 iyun tarixləri arasında hazırlıq düşərgəsi təşkil edilib.

 

Düşərgədə görkəmli professor Rəfail Əlizadə, əvvəlki tədris illərinin beynəlxalq riyaziyyat olimpiadalarının iştirakçıları və medalçıları öz bilik və təcrübələrini iştirakçılar ilə bölüşüb.



12.06.2024 | 15:58