Təhsil tələbə kreditlərinə müraciət tarixi uzadılıb
Təhsil tələbə kreditlərinə müraciət tarixi uzadılıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil Tələbə Kredit Fondu məlumat yayıb. Bildirilib ki, 2023-2024-cü tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi iyunun 21-dək uzadılıb.
 
Təhsil tələbə kreditlərindən yararlanmaq istəyənlər e-ttkf.edu.az portalına daxil olaraq öz müraciətlərini rəsmiləşdirə bilərlər.


13.06.2024 | 16:57