UFAZ məzunu Massaçusets Texnologiya İnstitutunu bitirən ilk azərbaycanlı qadın oldu
UFAZ-ın Kimya Mühəndisliyi üzrə bakalavr proqramının məzunu Ləman Cəlilova Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə qəbul və məzun olan ilk azərbaycanlı qadın oldu.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib.
 
Bildirilib ki, Ləman Cəlilova bakalavr səviyyəsində təhsili zamanı müxtəlif hakatonlarda və startaplarda uğurlar qazanıb. O, həmçinin Dayanıqlı İnkişaf Məqsədi 7 çərçivəsində Azərbaycanı Təmiz və Əlçatan Enerji üzrə səfir kimi Dubayda keçirilən COP28-də və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında baş tutan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sammitində təmsil edib. 2022-ci ildən etibarən isə "Goal+" startapına rəhbərlik edir.
 
Qeyd edək ki, MİT 2024-cü ildə ardıcıl olaraq 13-cü dəfə QS Dünya Reytinqində dünyanın ən yaxşı universiteti seçilib.


14.06.2024 | 12:18