Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlanıb
İyunun 18-də Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkəti dünyanın ən yaxşı tələbə şəhərlərinin 2025-ci il üzrə retinqini (QS Best Student Cities 2025) açıqlayıb
12 ildir davam edən ən yaxşı tələbə şəhərlərinin QS reytinqi, beynəlxalq tələbələr üçün vacib olan göstəricilərə – tələbə rəylərinə, universitet reytinqlərinə, əlçatanlığa, iş imkanlarına və müxtəlifliyi kimi 150 təhsil göstəricisini müqayisə edir. London ardıcıl altıncı dəfə dünyanın ən yaxşı tələbə şəhəri seçilib. Tokio ikinci, Seul üçüncü yeri tutur. Münhen dördüncü, Melbourne isə beşinci yerə yüksəlib. 
 
QS 2025-ə görə ən yaxşı 10 tələbə şəhərləri haradadır?
 
  •   1. London, Böyük Britaniya  
  •   2. Tokio, Yaponiya  
  •   3. Seul, Cənubi Koreya 
  •   4. Münhen, Almaniya
  •   5. Melbourne, Avstraliya  
  •   6. Sidney, Avstraliya
  •   7. Paris, Fransa 
  •   8. Sürix, İsveçrə
  •   9. Berlin, Almaniya 
  •  10. Montreal, Kanada
 
Niyə London ən yaxşı tələbə şəhəridir? 
 
London aşağıdakı faktorlar sayəsində reytinqə liderlik edir:
 
  •  *Dünyanın ən yaxşı 10 universitetindən ikisi (Oksford və Kembric universitetləri) bu yaxınlarda nəşr olunan QS dünya universitetləri sıralamasına uyğun olaraq  bu şəhərdədir,
  •  “Tələbə səsi” reytinqində hazırkı və keçmiş tələbələrdən əla rəylər.
  •  *Rəngarəng tələbə icmasının mövcudluğu, 
  •  *Müstəsna karyera imkanları, işəgötürənlər sıralamasında öncül yerlərdə olması. 
 
Asiya-Sakit okean bölgəsi üzrə: 
 
Avstraliyada dünyanın ən yaxşı 10 tələbə şəhərindən ikisi var: 5-ci yerdə Melbourne və 6-cı yerdə Sidney. Tokio 2-ci, Osaka isə 12 - ci yerdədir.
 
Yaponiyanın iki şəhəri dünyanın ilk 20-liyindədir. Tokio işəgötürənlərin fəaliyyəti və arzuolunanlığı baxımından ən yaxşı şəhərdir. 
 
Seul, 23 reytinqli universitet ilə dünya universitetləri sıralamasında üstünlük təşkil edir. 
 
Materik Çin ölkələri arasında lider, şəhərdəki gözəl universitetlər və karyera imkanları sayəsində 31-ci sırada yer alan Pekindir.
 
Cənubi Asiya, Orta Şərq və Afrika
 
Türkiyənin İzmir şəhəri sıralamada ən əlverişli şəhərdir, İndoneziya isə ən əlverişli ölkədir. Delhi Hindistanın reytinqdə 111-ci sırada yer alan yüksək reytinqli şəhəridir. Qahirə Afrika qitəsinin ən yaxşı tələbə şəhəridir, 75-ci yeri tutur, daha sonra sırada 81-ci yerdə Keyptaun yerləşib. 72-ci yerdə Dubay ərəb regionu şəhərlərinin reytinqində birinci yeri tutur. 
 
Avropa
 
Almaniya, İngiltərə və İsveçrə, Münhen və Berlin, London və Edinburq, Sürix və Lozanna ilə birlikdə ilk 20-də möhkəm bir təmsilçiliyə sahibdirlər. Berlin indiki və keçmiş tələbələr arasında ən hörmətli şəhərdir. Kopenhagen və Sürix Avropada müvafiq olaraq ikinci və üçüncü ən arzuolunan tələbə şəhəridir. 
 
Şimali Amerika 
 
Kanada dünyanın ən yaxşı üç tələbə şəhərinə sahibdir: Montreal, Toronto və Vankuver, müvafiq olaraq 10 , 11 və 19-cu yerdədirlər. Hər üç şəhər keçən illə müqayisədə performanslarını yaxşılaşdırıb, Montreal və Toronto "Tələbə baxışı"kateqoriyasında çox yaxşı qiymətlər alıblar. 
 
ABŞ - da dünyanın ilk onluğuna daxil olan bir şəhər yoxdur: Boston 10 - cu yerdən 16-cı yerə enib. Nyu-York ABŞ - da tələbələr üçün ikinci ən yaxşı şəhərdir və 19-cu yerdədir. 
 
Latın Amerikası 
 
Latın Amerikasında təhsil almaq istəyən tələbələr üçün ən yaxşı şəhər Argentinanın Buenos-Ayres şəhəridir, baxmayaraq ki, şəhər iki il ərzində 19 pillə geriləyərək 42-ci yeri tutub. Əksinə, Çilinin Santyaqo şəhəri eyni dövrdə 10 pillə yüksəlib və 2025 - ci il reytinqində 50-ci yeri tutub.
 
 
Oruc MUSTAFAYEV


19.06.2024 | 14:48