Vətən müharibəsi iştirakçısı olan müəllim sertifikatlaşdırmada 59 bal toplayıb
Müəllimlərin sertifikasiyası prosesində  "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Laçının azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinli 59 bal nəticə əldə edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.


22.06.2024 | 11:02