Nurlan İsmayılbəyli: 55 min müəllimin əməkhaqqısına əlavələr ediləcəyi gözlənilir
Cari ildə sertifikatlaşdırmada iştirak edən müəllimlərin müsahibə mərhələsindən sonra əməkhaqqısına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
 
O, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi barədə danışarkən bildirib ki, 2022 və 2023-cü illərin nəticələrinə görə, artıq 31 948 müəllimin əməkhaqqısına əlavələr ödənilir. Onlardan 8 410 nəfərin əməkhaqqısına 35 faiz, 23 mindən çox müəllimin əməkhaqqısına 10 faizlik əlavələr ödənilir:
 
“2024-cü il 21-24 iyun tarixlərində keçirilən sertifikatlaşdırma imtahanlarında riyaziyyat və xarici dil müəllimləri iştirak edib. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsindən sonra 55 min müəllimin əməkhaqqısına əlavələr ediləcəyi proqnozlaşdırılır”.


25.06.2024 | 18:50