Sus və Zabuxda uşaq bağçaları açılması planlaşdırılır
Sus və Zabuxda məktəbəqədər təhsil müəssisələrinin açılması planlaşdırılır.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.
 
O bildirib ki, növbəti tədris ilində isə Füzulidə, ehtiyac yaranarsa, Şuşada məktəb daxilində məktəbəqədər təhsil müəssisələri yaradılacaq.
 
Günel ABBAS


09.07.2024 | 12:26