Basketbolçu qızlarımız Avropa çempionatına Ermənistan üzərində böyükhesablı qələbə ilə başlayıb
Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, A qrupunda qərarlaşmış millimizin ilk rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib Ermənistan yığmasını 86-59 hesabı ilə məğlubiyyətə uğradıb. 
 
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib.
 
Qeyd edək ki, millimizin qrupdakı növbəti oyunu 10 iyul Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.


10.07.2024 | 09:41