MİQ üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
 
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
 
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


10.07.2024 | 09:45