Dendrologiya İnstitutu Belarusda keçirilən beynəlxalq seminarda təmsil olunub
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Belarus Milli Elmlər Akademiyasının Baş Botanika bağında (Minsk) keçirilən “Təbii floranın bioloji müxtəlifliyinin qorunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində Botanika bağlarının strategiyası və metodları” mövzusunda IХ beynəlxalq seminarda təmsil olunub.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, elmi müəssisənin direktoru səlahiyyətlərini icra edən dosent Minarə Həsənova və institutun əməkdaşları beynəlxalq seminara onlayn qoşularaq məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə və aparılan tədqiqatlara diqqət çəkilib.


10.07.2024 | 15:00