Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatına başlanılır

İyulun 16-dan məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start veriləcək.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.

 

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

 

Boş yerlərə qəbul il ərzində aparılır.

 

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

 

Mayın 16-dan etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb.

 

Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.



12.07.2024 | 16:20