Basketbolçu qızlarımız ardıcıl ikinci dəfə Avropa çempionu oldular
Cəbəllütariqdə 16 yaşlı (U-16) qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatında (C divizionu) millimizin final oyunu baş tutub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb. 
 
Qeyd olunub ki, qızlardan ibarət basketbol milli komandamız finalda Kipr seçməsi ilə üz-üzə gəlib. Oyunun əvvəllərindən üstünlüyü ələ keçirən millimiz Kipr yığması üzərində 69-52 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə Avropa çempionu olub. 
 
Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Angelina İsmayılova seçilib.


15.07.2024 | 09:05