İyulun 16-da məktəbəqədər təhsil müəssisələrinin qeydiyyatına start veriləcək
İyulun 16-da məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start veriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında yaş qrupları üçün sistem fərqli vaxtlarda aktiv ediləcək.
 
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az  elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.


15.07.2024 | 13:09