Məktəblilərarası futbol turniri keçirilib
Elm və Təhsil Nazirliyinin dəstəyi, “Goal+” komandasının təşkilatçılığı ilə məktəblilərarası futbol turniri keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki,  turnirdə 8 dövlət ümumi təhsil müəssisəsindən 32 komanda iştirak edib. Final mərhələsində Bakı şəhəri 189-190 nömrəli məktəbin “190 Lions” komandası III, Bakı Avropa liseyinin “BEL FC” komandası II, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin “20 FC” komandası isə I yerə layiq görülüb.
 
Turnirdə Bakı Avropa Liseyi, 6 nömrəli məktəb lisey, 132-134 nömrəli təhsil kompleksi, 189-190, 23, 212, 46 və 20 nömrəli tam orta məktəbləri iştirak ediblər. Hər məktəbdən 8-10-cu siniflər arasından 4 komanda qoşulub.


17.07.2024 | 09:27