Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları davam edir

Abituriyentlər ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyəsi üzrə orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçiriləcək qabiliyyət imtahanı komissiyalarına aid (9 illik – 221, 222, 223, 224, 225, 227, 228, 229, 321, 322, 323, 324, 327,621, 622, 623, 624, 627, 11 illik - 4106, 4306, 4406, 4506) “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər.

 

"Azərbaycan müəllimi" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan komissiyaları və qrafiklə buradan tanış ola bilərsiniz.

 

17 və 18 iyul tarixlərində “Musiqi müəllimliyi” ixtisası (32 və 33-cü komissiyalar) üzrə mərkəzləşdirilmiş qaydada ixtisas imtahanı verirlər. İmtahanlar Bülbül adına orta ixtisas musiqi məktəbi, Gəncə Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Universitetində təşkil edilir. Abituriyentlərin qiymətləndirilməsi DİM-in inzibati binasında fəaliyyət göstərən Qabiliyyət İmtahanı Komissiyası tərəfindən onlayn həyata keçirilir.

 

İmtahana gələn abituriyentlər (subbakalavrlar) şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “Proqram forması” mütləq gətirməlidirlər.

 

Qeyd: 32 və 33-cü qabiliyyət imtahanı komissiyalar üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Müşayiətsiz ifa qəbul edilmir.

 

Konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.

 

 



18.07.2024 | 10:13