Naxçıvanda 387 məzun ümumtəhsil məktəblərini fərqlənmə attestatı ilə bitirib
2023-2024-cü tədris ili üzrə Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində IX və XI sinfi bitirən məzunlara attestatları verilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu il muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərini 4 569, XI siniflərini isə 3 500 məzun bitirib.
 
Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 134, tam orta təhsil səviyyəsi üzrə isə 253 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub.


18.07.2024 | 12:19