Türkiyəli alim Lənkəran Dövlət Universitetində olub
Türkiyə Respublikasının Ege Universitetin professoru Aziz Eftekhari Lənkəran Dövlət Universitetində (LDU) olub.
 
LDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin rektoru professor Natiq İbrahimov hörmətli qonağı qəbul edib. Çay süfrəsi arxasında hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub. Söhbət zamanı birgə elmi-tədqiqat əlaqələri və elmi nəşrlər, elmi layihələrin icrası, konfrans, seminar və simpoziumların keçirilməsi, yeni elmi-tədqiqat laboratoriyaların qurulması və s. barədə fikir mübadiləsi edilib, müzakirə aparılıb. Görüş zamanı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkilib.
 
Görüşdən sonra türkiyəli qonaq LDU-nun elmi- tədqiqat laboratoriyaları ilə tanış olub, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialı və  Lənkəran "MMC" Çay fabrikinə baş çəkib, iş prosesini izləyib.
 
Qeyd edək ki, Bakı Dövlət universitetinin kafedra müdiri professor Rövşən Xəlilov da türkiyəli qonağı Lənkərana səfərində müşayiət edib.
 


19.07.2024 | 10:20