Sədr: Agentlik 2024-cü ilin I yarısında 2 357 nəfərə xarici kvalifikasiyaların tanınması ilə bağlı müsbət cavab verib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 01.01.2024-30.06.2024-cü il tarixləri üzrə xarici kvalifikasiyaların tanınması istiqamətində 2 719 müraciətçinin 2 357-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov agentliyin 2024-cü ilin I yarım ili üzrə keçirilən hesabat tədbirində bildirib.
 
Sədr həmçinin qeyd edib ki, 362 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
 
 
Günel ABBAS


19.07.2024 | 15:45