Magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesi bu gün başa çatır
Ali təhsil pilləsinin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinin müddəti bu gün saat 18:00-da bitəcək. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, magistratura səviyyəsinə qəbul olunmuş namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciətlərini edə bilərlər.
 
Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 
 
Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların yerləşdirilməsinə dair bölmə mövcuddur.


22.07.2024 | 09:00