Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Prezident İlham Əliyevin 24 iyun tarixli müvafiq sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Elm və Təhsil Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. 
 
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyər üçün minnətdarlıqlarını bildiriblər.
 
Daha sonra təltiflər təqdim olunub. 
 
Qeyd edək ki, müvafiq sərəncama əsasən, Audit şöbəsinin müdir müavini, Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini icra edən, Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.


23.07.2024 | 09:36