BDU-da astronomik müşahidə günləri keçiriləcək
Avqustun 1-3-də Bakı Dövlət Universitetində (BDU) (SOF 2024) “Sky Observation Festival 2024” layihəsi çərçivəsində astronomik müşahidə günləri keçiriləcək.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi tələbələrin astronomiyaya marağını artırmaq, onları bu sahədə dünyada aparılan müasir tədqiqatlar və istifadə olunan yüksək texnologiyalarla tanış etməkdir.
 
Açıq formatda təşkil ediləcək festivalın digər məqsədi isə maraqlananları göy cisimləri ilə tanış etmək, müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, elmi-kütləvi tədbirlər keçirməkdir.
 
“SOF 2024” festivalı çərçivəsində BDU tələbələri arasında “Astronomy Quiz” müsabiqəsi keçiriləcək. Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.


23.07.2024 | 09:49