BMT İnkişaf Proqramı və Ombudsman tələbələr arasında “İqlim dəyişikliyi və insan hüquqları” müsabiqəsi keçirir
BMT İnkişaf Proqramı və Azərbaycan Ombudsman Aparatı tələbələr arasında “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda müsabiqə keçirir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Bakı ofisi “X” sosial platformasındakı hesabında paylaşım edib.
 
“Qarşıda bizi maraqlı dövr gözləyir. Esse müsabiqəsində iştirak etmək üçün 45 tələbə 9 komanda təşkil edəcək, səsləriniz müsbət dəyişikliklərə ilham versin!”, - deyə paylaşımda qeyd edilib.


24.07.2024 | 10:07