Azərbaycanlı gənc Harvard Universitetini fərqlənmə ilə bitirdi
Azərbaycanlı gənc Məmməd Həsənov Harvard Universitetinin “Harvard Extension School”unu "Maliyyə" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirərək “Harold V.Lanqlua”ya və pul mükafatına layiq görülüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu mükafat hər il universitetin "Maliyyə və idarəetmə" ixtisasları üzrə 4.0 GPA əldə edərək müstəsna akademik nailiyyətlər əldə etmiş və perspektivli menecer kimi gələcək vəd edən məzunlarından yalnız birinə verilir.
 
Məlumat üçün bildirək ki, 1997-ci il təvəllüdlü Məmməd Həsənov bakalavr təhsilini İngiltərədə “King`s College London”da alıb və buranı da ən fəal tələbə kimi fərqlənmə ilə bitirib.


24.07.2024 | 14:27