Basketbol millilərimiz Avropa çempionatında yarımfinala yüksəliblər
Basketbol üzrə Avropa çempionatında (C divizionu) həm 18 yaşlı qızlardan ibarət, həm də 18 yaşadək oğlanlardan ibarət milli komandalarımız Ermənistan yığmalarını məğlub ediblər. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev sosial şəbəkə hesablarında paylaşım edib.
 
"Hər iki millimizin üzvlərini qrup oyunlarını müvəffəqiyyətlə bitirmələri və yarımfinala yüksəlmələri münasibətilə təbrik edirəm", - deyə paylaşımda qeyd olunub.
 
Qeyd edək ki, qızlardan ibarət basketbol millimiz 68:42, oğlanlardan ibarət basketbol millimiz isə 76:69 hesabı ilə Ermənistan yığması üzərində qələbə qazanıblar.


26.07.2024 | 09:20