Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsinə start verilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanıldı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, vakansiya seçimi 28 iyul saat 11:00-dək davam edəcək.
 
Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
 
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.


26.07.2024 | 11:23