Əməkdar artist Qarabağ Universitetinə təyinat aldı
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Səbuhi İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb. Bu təyinatadək o, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti olan S.İbayev, həmçinin Prezident mükafatçısıdır.


26.07.2024 | 16:20