Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər: 1 gümüş və 3 bürünc medal
21-30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil edilən 56-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.
 
Sözügedən olimpiadada Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medallara layiq görülüblər.


30.07.2024 | 11:44