Cəlilabad rayonunda "Bir peşənin sirri" adlı festival keçiriləcək
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sözügedən rayonda "Bir peşənin sirri" festivalı keçiriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, festival Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında baş tutacaq.
 
Festivalda qonaqlar müxtəlif peşələrdə özlərini sınamaq fürsəti əldə edəcək. Həmçinin hədiyyəli viktorinalar, ustad dərsləri və əyləncəli oyunlar keçiriləcək.
 
Festival 31 iyulda baş tutacaq.


30.07.2024 | 11:50