Bu gündən MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlanır
İyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqust 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
 
Xatırladaq ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda onun müsabiqənin növbəti vakansiya seçimində iştirakı təmin olunmayacaq.


31.07.2024 | 09:30