4000 nəfərdən çox şəxs "Peşə təmayüllü siniflər"də ixtisas müəllimi olmaq üçün müsabiqəyə qatılıb
2024-2025-ci tədris ili üçün "Peşə təmayüllü siniflər"də ixtisas müəllimi olmaq istəyənlər üçün elan edilən müsabiqənin ilk mərhələsi yekunlaşıb. İyulun 29-da müraciətlər üçün ayrılan müddət başa çatıb və Peşə təmayüllü siniflərdə yeni açılacaq 4 pilot peşələr də daxil olmaqla 16 peşə ixtisası üzrə 462 vakant yerə 4000 nəfərdən çox şəxs müraciət edib.
 
Bu barədə “Azərbaycan müəllimi”nə "Peşə təmayüllü siniflər" layihəsindən məlumat verilib. Bildirilib ki, yalnız tələblərə uyğun namizədlərə ikinci mərhələdə imtahanlarda iştirak etmək hüququ qazanması ilə bağlı SMS vasitəsilə məlumat veriləcək. İkinci mərhələdə namizədlər müvafiq peşə ixtisaslarına uyğun suallardan ibarət test imtahanında və müsahibədə iştirak edəcəklər. İmtahanlarda ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb ediləcək.
 
Test imtahanı avqustun 6-da keçiriləcək. İmtahanda müvafiq peşə ixtisas modulları üzrə 40 sual, tədris metodologiyası və  təlim strategiyaları mövzusunda 20 sualdan ibarət olacaq.
 
İşə qəbul edilmiş şəxslər sentyabr ayından əmək fəaliyyətinə başlayacaqlar.


31.07.2024 | 10:00