Qarabağ Universiteti ilə bağlı loqo təklifləri ictimaiyyətin müzakirəsinə təqdim edilir
Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə iyulun 4-dən 17-dək elan edilmiş müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq loqo təklifi müvafiq qaydada dəyərləndirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Qarabağ Universitetindən məlumat verilib. Seçilmiş 5 loqo təklifi ictimaiyyətin müzakirəsinə təqdim edilir.
 
Peşəkar mütəxəssislərdən ibarət İşçi Qrup daxil olacaq rəylər əsasında 5 təklifdən birini qalib elan edəcək.
 
Rəyləri avqustun 5-dək təqdim etmək olar.


31.07.2024 | 16:28