Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə prioritet tətbiq edilən məktəblərə sərbəst qəbul başlayır
Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 1 avqust 2024-cü il saat 11:00 dan 13 sentyabr 2024-cü il tarixinə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
 
Qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. 
 
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.


01.08.2024 | 11:12