Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib

2 avqust tarixində 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 3708 namizəddən 2375 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.

 

İmtahanda iştirak edən 1863 namizəd vakant yerlər uğrunda mübarizə aparıblar.

 

150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.

 

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

 



02.08.2024 | 12:36