9 illik orta təhsil bazasında kolleclərə ixtisas seçimi bu gün başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək.
 
Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
 
5 avqust saat 09:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir: 
 
Azərbaycan bölməsi - 12927; rus bölməsi - 364; cəmi – 13291 nəfər.
 
Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.
 


05.08.2024 | 09:57