MİQ üzrə vakansiya seçimi ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq
Yaxın günlərdə məktəblərdə hansı vakansiyaların tutulması ilə bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev deyib.
 
O bildirib ki, 26-28 iyul tarixlərində 39 şəhid ailəsi üzvü prosesdə iştirak edib və uğur qazanıb.
 
"31 iyul-5 avqust tarixlərində isə digər namizdələr üçün vakansiya seçimi təşkil olunub və bu gün saat 11:00-da seçim başa çatıb. Hansı vakansiyaların kimlər tərəfindən tutulması barədə yaxın günlərdə məlumat veriləcək. Prosesdə 17 mindən çox namizəd iştirak edib".


05.08.2024 | 15:40