Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu başlayır
Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu başlayır.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Azərbaycan Texniki Universitetindən məlumat verilib.
 
Bildirilib ki, bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.
 
TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.


06.08.2024 | 09:08