“Bir peşənin sirri” Qəbələdə
"Bir peşənin sirri" festivalı bu dəfə Qəbələdə keçiriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərindəki Qəbələ Mall-da baş tutacaq festivalın zəngin proqramı var.
 
Belə ki, festivalda qonaqlar müxtəlif peşələrdə özlərini sınamaq fürsəti əldə edəcək. Həmçinin hədiyyəli viktorinalar, ustad dərsləri və əyləncəli oyunlar keçiriləcək.
 
Festival avqustun 9-da baş tutacaq.
 
Xatırladaq ki, bundan əvvəl “Bir peşənin sirri” festivalı Cəlilabadda keçirilib. Avqustun 31-də baş tutan festivalı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi təşkil edib.


06.08.2024 | 15:52