Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində "Açıq qapı" günü keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, abituriyentlər burada Türkiyə-Azərbaycan Universiteti ilə əlaqədar onları maraqlandıran bütün suallara cavab tapa bilərlər.
 
"Açıq qapı" günü hər gün (şənbə və bazar daxil) 09:00-dan 18:00-a qədər davam edir.
 
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid pr. 25
 
Qeyd edək ki, abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər. TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.

 



07.08.2024 | 09:30