Peşə təhsili almaq üçün müraciət edənlərin sayı 21 mini keçdi
Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı ilk 10 gün ərzində maraq rekord səviyyəyə çatıb. Prosesin ilk 10 günü ərzində 21151 nəfərdən 67318 müraciət daxil olub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılır. 
 
Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 12 avqust 18:00-dır.


08.08.2024 | 17:38