ADU-nun tələbələri İspaniyada sertifikatla təltif olunublar

27 iyul-10 avqust tarixlərində Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Gülnarə Əfəndiyevanın rəhbərliyi ilə həmin fakültənin "Cənubi Amerikaşünaslıq" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri, İspaniyanın Valladolid şəhərində ispan dili üzrə kurs keçiblər. 

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, kursun sonunda tələbələr sertifikatla təltif olunublar.Onlar İspaniyada olduqları müddətdə dil öyrənməklə yanaşı, həmçinin müxtəlif şəhərləri və tarixi məkanları ziyarət ediblər.  



12.08.2024 | 16:00