Naxçıvanda ilk dəfə olaraq MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib
Avqustun 14-dən Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 3 gün davam edəcək müsahibə mərhələsində vakant yerlərin seçimində iştirak edən 145 namizəd iştirak edəcək.
 
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.


14.08.2024 | 10:33