Agentlik rəsmisi: Müəllimlərin işə qəbulu müsabiqəsi rəqabətli əsaslarla peşəkar müəllim seçir
Müsabiqənin məqsədi bilik və bacarıqları yüksək, perspektivli müəllimləri tədris prosesinə qazandırmaqdır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsi rəqabətli əsaslarla peşəkar müəllim seçir.
 
“Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Rəqabətli əsaslarla seçilən, müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar”, - deyə sektor müdiri qeyd edib.


14.08.2024 | 12:39