8 tələbə Latviyada təqaüdlə təhsil alacaq
Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2024-2025-ci tədris ili üzrə 8 azərbaycanlı tələbə Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində Latviyada təhsil alacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər “Riga Technical University”, “University of Latvia”, “ Turība University” və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıb. 
 
Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 25 ölkə üzrə Azərbaycan ilk beşlikdə yer alır.


15.08.2024 | 11:19