TİF və AQİSA arasında TələbəPlus kartı ilə bağlı görüş keçirilib
Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki tərəf birgə əməkdaşlıq perspektivlərini və bu vaxta qədər həyata keçirilmiş layihələr haqqında məlumat mübadiləsi aparıb.
 
"Azərbaycan müəllimi"nə TİF-dən bildirilib ki, görüşün əsas mövzuları tanışlıq, əməkdaşlıq imkanlarının araşdırılması və TələbəPlus kartı ilə bağlı mümkün əməkdaşlıq istiqamətləri olub. Bu görüş, hər iki qurumun qarşılıqlı əməkdaşlığı gücləndirmək və tələbələr üçün yeni imkanlar yaratmaq istiqamətində əhəmiyyətli addımlar atmağı hədəfləyir.
 
Görüş zamanı Fondun faktiki həyata keçirdiyi və planladığı layihələr müzakirə olunub. Xüsusilə dövlət-universitet-sənaye tərəfdaşlığı çərçivəsində birgə həyata keçirilə biləcək yeni layihələr barəsində fikir mübadiləsi aparılıb.


15.08.2024 | 19:07