Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların elektron qeydiyyatı davam edir
Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olan namizədlərin qeydiyyat prosesi davam edir. Qeydiyyat avqustun 21-i saat 18:00-da başa çatacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatları təsdiq edilir.
 
Portalda, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti qazanmaq üçün məlumatların təqdimi üçün bölmə mövcuddur.
 
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.


16.08.2024 | 15:06