Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2024 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsi uğurla yekunlaşıb.


“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Enactus Azərbaycan məlumat yayıb.

 

Münsiflərin qiymətləndirilməsi nəticəsində 1-ci liqa üzrə Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 2-ci liqa üzrə Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universiteti, 3-cü liqa üzrə isə Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Enactus komandaları “Enactus Azərbaycan” Milli Yarışının final mərhələsinə vəsiqə qazanıblar.

 



16.08.2024 | 15:41